Stoltenberq Norveçin paytaxtı Osloda verdiyi açıqlamada, “Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici katalizatora çevrilib”, – deyi.
Rusiyanın istifadə etdiyi silahların çoxunu istehsal edən ölkənin Çin olduğunu bildirən Stoltenberq, “Pekinin Ukraynada müharibəyə başlamasının onun maraqlarına və nüfuzuna mənfi təsir göstərə biləcəyi”, – xəbərdarlığını edib.
“Mən Çini Rusiyanın qeyri-qanuni müharibəsinə dəstəyi dayandırmağa çağırıram”, – Stoltenberq bildirib.
2022-ci ildə Madrid Sammitində qəbul edilən yeni Strateji Konsepsiya sənədində ilk dəfə Çin NATO tərəfindən “sistemli sınaq” elementi kimi müəyyən edilib.