Vaxt.Az

«Krımdan sonra növbə Alyaskanındır»


 

Rusiya diplomatlarının zarafatı

«Krımdan sonra növbə Alyaskanındır» Kimlikləri rəsmən dəqiqləşdirilməmiş Rusiya diplomatları məxfi yazılmış söyüş dolu zarafatları zamanı deyiblər ki, Moskva Krımın ardınca Kataloniya, Venesiya, Şotlandiya və Alyaskanı da ilhaq edəcək. Britaniya mətbuatı yazır ki, iki rus diplomat arasında getmiş bu söhbətin yazısı internetə - «YouTube» saytına yerləşdirlib.

 

«Alyaska da bizimdir»

 

Söyüş və həqarət dolu 5 dəqiqlik söhbətin Rusiyanın Eritreyadakı və Zimbabvedəki səfirləri İqor Çubarova və Sergey Baxarevə məxsus olduğu güman edilir. Mətbuat yazır ki, bu telefon danışığında Chubarov Krımın yalnız başlanğıc olduğunu deyib və bildirib ki, onun ardınca Kataloniya və Venesiya, həmçinin Şotlandiya və Alyaska da ilhaq olunacaq.

Bu söhbət zamanı diplomat Şotlandiyanı «mal-qara ölkəsi» adlandırır.

 

«Bizimdir, Estoniya da bizimdir»

 

Chubarov bundan sonra bildirir ki, Rusiya bütün sərhədyanı ölkələri zəbt edəcək. Səfir yarızarafat deyir ki, Estoniya, Rumıniya və Bolqarıstan kimi başqa «zirzibili» sonra da Avropadan qoparmaq olar.

Söhbətin sonunda səfirlər Bolqarıstan, Rumıniya və «Baltikyanı zirzibili» hələlik dinc buraxmaq barədə razılığa gəlirlər.

 

Bizimdir - Mayaminin 95 faizi Rusiya vətəndaşıdır

 

Baxarev deyir ki, əvəzində Kaliforniya və Mayamini götürmək lazımdır.

«Həqiqətən də, - təsdiq edir Çubarov, - Mayamilendin əhalisinin 95 faizi Rusiya vətəndaşıdır».

Çubarov Baxarevi Zimbabvenin Krımın ilhaqını dəstəkləyən 11 ölkədən biri olması münasibətilə təbrik edir və Malavini belə bir addım atmadığına görə söyüşlərə qərq edir.

 

Ryabkov Vaşinqtona məsləhət verir: «Dəymə mənə, dəyməyim sənə»

 

Mətbuat yazır ki, belə bir materialın internetə sızması Ukraynada yüksək ranqlı Qərb diplomatlarının gizli dinlənilməsinin qisası kimi qiymətləndirilə bilər.

O vaxt ehtimal edildiyinə görə, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland-la ABŞ-ın Ukraynadakı səfirinin məxfi telefon danışığı Rusiyanın xüsusi xidmətləri tərəfindən yazılaraq internetə sızdırılmışdı.

Bunun ardınca internetə Avropa İttifaqının xarici işlər komissarı Ketrin Eşton və Estoniyanın xarici işlər naziri Urmas Paet-in məxfi telefon söhbəti sızmışdı.

Moskvanın öz səfirləri ilə bağlı xəbərə reaksiyası qəzəbli olub.

 

Rusiya: Söyüşdə xanım Nulandı üstələyən olmaz

 

Rusiya xarici işlər naziri mətbuat katibinin müavini Maria Zaxarova deyib ki, «söyüş söyməkdə çətin, kimsə xanım Nulandı üstələyə bilsin».

Xanım Zakharova bildirib ki, bu telefon danışığının internetə sızdırılması ABŞ-ın çirkin əməlidir.

Bundan bir qədər əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Vaşinqtonun Krımla bağlı bəyanatlarını «uşaq çığır-bağırı» adlandırmışdı. »Biz amerikalı həmkarlarımıza nə məsləhət görə bilərik? – demişdi Ryabkov, - onlar yəqin ki, bir az təmiz hava almalı, yoqa ilə məşğul olmalı, sağlam qidalanmalı və ya televiziya komediyalarına tamaşa etməlidirlər».

 





06.04.2014    çap et  çap et