Vaxt.Az

“Hizbullah” üzərinə hücum


 

İsrail ordusu Livanın dərinliklərində əməliyyat keçirməyə hazırlaşır

“Hizbullah” üzərinə hücum İsrail Baş Qərargah rəisi Herzi Halevi Livana hücuma hazırlaşdığını bildirib. Ordudan verilən məlumata görə, Halevi bu sözləri Qolan təpələrinə səfəri zamanı verdiyi açıqlamalarda deyib.

Halevi burada verdiyi açıqlamada İsrail ordusunun “Hizbullah” terror təşkilatına qarşı mübarizəyə cəmləşdiyini və düşmən ərazisinin (Livan) dərinliklərində əməliyyata hazırlaşdığını bildirib.

Halevi bunu şimal bölgəsinin, eləcə də Qolan təpələrinin sakinləri üçün təhlükələri azaltmaq üçün etdiklərini bildirib.

***

“Hizbullah” terror təşkilatı tərəfindən edilən yazılı açıqlamada İsrailin şimalındakı hərbi mövqelərin və İsrail əsgərlərinin istifadə etdiyi binaların kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) və raketlərlə vurulduğu bildirilib. Hücumlarda hədəflərin tam dəqiqliklə vurulduğu qeyd edilib.

Livanın NNA xəbər agentliyi İsrail döyüş təyyarələrinin ölkənin cənubundakı Ayterun qəsəbəsinə təşkil etdiyi iki ayrı hücumda bir evin tamamilə dağıldığını bildirib.

Xəbərdə İsrailin Təl-Nəhhas və Əl-Həmamis arasındakı bölgəyə fosforlu top mərmiləri ilə hücumunun bölgədə yanğına səbəb olduğu da bildirilib.

 





06.09.2024    çap et  çap et