Vaxt.Az

Yapon məktəblərində paltarsız yoxlama böhranı


 

Etiraz edən valideynlər təcrübənin dərhal dayandırılmasını tələb edirlər

Yapon məktəblərində paltarsız yoxlama böhranı Orta məktəbli qızlardan biri “Sinəm tamamilə görünürdü və mən utandım” yazırdısa, digəri isə “Nəzarətdən əvvəl müəllimimiz “Üstünü və büstqalterini çıxart” dedi, yox deyə bilmədim”.

“The Guardian” qəzetinin əldə etdiyi məlumatlara görə, bu ifadələr 13 yaşlı yapon şagirdlərə məxsusdur.

Valideynlər Asiya ölkəsində 5-18 yaş arası oğlan və qızların bədəninin yuxarı hissəsindəki bütün paltarları çıxarmağı tələb edən sağlamlıq yoxlamalarına qarşı etiraz etməyə başlayıblar.

Valideynlər və hüquq müdafiəçiləri yeni tədris ilindən başlayaraq bu təcrübəyə son qoyulması üçün bir araya gəliblər. Onlar vurğulayıblar ki, bəzi məktəblərdə tibbi müayinələr heç kimi soyundurmadan aparılır.

Sorğulara görə əksər müəllimlər də çılpaq sağlamlıq yoxlaması praktikasına qarşıdırlar. Bu təcrübəyə şagirdlərin etirazı daha diqqəti çəkir. 12-16 yaşlı iştirakçıların 95,5 faizi paltarlarını çıxarmaqdan narahatdır.

Mütəxəssislər bu hadisənin uşaqlarda travmaya səbəb ola biləcəyini də iddia edirlər. Tibb işçilərindən də narazılara etirazlar var. Bir çox tibb işçisi uşaqların yaxşı müayinədən keçməsi üçün soyunmalı olduğunu vurğulayır.

Kobe Universiteti Xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Kentaro İvata deyir: “Əksər həkimlər, xüsusən də yaşlılar mühafizəkardır və metodlarını dəyişmək istəmirlər”.

Təhsil Nazirliyi cari tədris ilindən əvvəl “Tələbələrin şəxsi həyatı və hissləri nəzərə alınmalı” desə də, qız və oğlanların ayrı-ayrı yerlərdə yoxlanılmasının vacibliyini bildirsə də, valideynlər bunlara əməl olunmadığını, daha dəqiq qaydalar qoyulmasının vacibliyini bildirirlər.

 





07.09.2024    çap et  çap et