Vaxt.Az

Nasaz şatl qayıtdı


 

“Starliner” avtopilotda yerə enib

Nasaz şatl qayıtdı NASA, nasaz olan və kosmik stansiyada qapalı qalan “Boeing”in “Starliner” şatlının ekipajsız Yerə qayıtdığını açıqladı.

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) astronavtlar Bütç Uilmore və Sani Uilliamsı daşıyan və nasazlığı nəticəsində iyunun əvvəlindən kosmos stansiyasında gözləyən “Starliner” şatlının avtopilotda geri qayıtması ilə bağlı açıqlama verib. .

Açıqlamada bildirilirdi ki, şatl Beynəlxalq Kosmik Stansiyadan qalxaraq ABŞ-ın Nyu-Meksiko səhrasındakı “White Sands” kosmodromuna enib.

***

İki təxirə salınmadan sonra “Boeing” iyunun 5-də 2 NASA astronavtını daşıyan “Starliner” şatlını ilk dəfə kosmosa göndərib.

Helium sızması aşkar edən şatl üzərində aparılan araşdırmalara baxmayaraq problemin mənbəyi tapılmayıb və kapsulun Yerə dönüşü 4 dəfə təxirə salınıb.

“Boeing”in nasaz kapsulu ilə 2 astronavtı Yerə qaytarmağın çox riskli olduğuna qərar verən NASA, astronavtların 2025-ci ilin fevralına qədər kosmosda qalacağını açıqlayıb.

Beləliklə, astronavtlar üçün 1 həftə sürməli olan sınaq uçuşu 8 aydan çox davam etmiş olacaq.

 





07.09.2024    çap et  çap et