Vaxt.Az

PUA-larla kütləvi hava hücumu


 

Bir gecədə 67 uzaqmənzilli uçuş aparatı qeydə alınıb

PUA-larla kütləvi hava hücumu Ukrayna ordusu Rusiya ordusunun 67 pilotsuz uçuş aparatları (PUA) ilə hava hücumu təşkil etdiyini, lakin bunlardan 58-nin vurulduğunu açıqlayıb. Gecə saatlarında baş verən hücumdan sonra Ukrayna parlamentinin binasının yanında PUA-ların qalıqları tapılıb.

Ukrayna Hərbi Hava Qüvvələri bu gecə radarlarda 67 uzaqmənzilli Rusiya PUA-sının qeydə alındığını deyib.

Hərbi Hava Qüvvələri bəyan edib ki, Ukraynanın 11 bölgəsində hava hücumundan müdafiə bölmələri fəaliyyətə başlayıb.

Ukrayna prezidenti Vladimir Zelenski dünən axşam ölkənin şimalında mümkün hücumunun qarşısını almaq üçün Rusiyanın Kursk bölgəsinə hücum etmək qərarına gəldiklərini bildirib.

Xalqının gecə-gündüz yüzlərlə PUA və raket hücumu təhlükəsi altında yaşadığına diqqət çəkən Ukrayna lideri, “Putin daha çox uşağı öldürmək üçün daha çox raket atmağa çalışır. Bacardığımız qədər özümüzü müdafiə etməyə çalışırıq. Onlar da İrandan alıqları ballistik raketlərə hücum edirlər”, – deyib.

 





07.09.2024    çap et  çap et