Beynəlxalq hadisələrin müzakirə edildiyi İtaliyanın Komo gölünün sahilindəki Cernobbio qəsəbəsində hər il sentyabr ayının əvvəlində keçirilən Ambrosetti Forumuna qatılan iki lider təkbətək görüş keçirib.
İtaliya Baş Nazirliyindən verilən açıqlamada, “İki lider, Rusiyanın mülki əhaliyə və kritik infrastruktura qarşı davam edən hücumları qarşısında yerdəki vəziyyət, qış şərtləri və Ukraynanın ən təcili ehtiyacları ilə bağlı son hadisələri müzakirə etdilər. Baş nazir İtaliyanın G7-yə sədrliyinin gündəliyi ilə bağlı, “O, Kiyevə dəstəyin vacibliyini və Ukraynanın özünümüdafiəsinə və ədalətli və davamlı sülh öhdəliyini bir daha təkrarladı. Nəhayət, yenidənqurma işlərinə xüsusi diqqət yetirildi. Növbəti Ukrayna Bərpa Konfransı 2025-ci ildə İtaliyada keçiriləcək”, – deyib.
***
Zelenski “X” platformasında bu görüşlə bağlı bunları da paylaşıb: “Əsas məsələlərdən biri bizim enerji sistemimizin bərpasına xüsusi diqqət yetirməklə Ukraynanın bərpası və yenidən qurulması idi. Biz İtaliyanın 2025-ci ildə növbəti Ukrayna Bərpa Konfransına ev sahibliyi etmək qərarını yüksək qiymətləndiririk. Biz İtaliyanın həmçinin nöqtəsində fəal rol rol oynadığı “Sülh formulunun” həyata keçirilməsindən danışdıq. Mən xanım Meloni və İtaliya xalqına ədalətli sülhün bərpası üçün göstərdikləri dəstəyə və birgə səylərə görə təşəkkür edirəm”.
Meloni Ambrosetti Forumunda etdiyi çıxışda Ukraynanı taleyin ümidinə buraxmayacaqlarını və İtaliyanın bu məsələyə hazırkı münasibətinin dəyişməyəcəyini bildirib.
Bu arada, İtaliyanın “Corriere della Sera” qəzetində bu gün dərc olunan xəbərə görə, Zelenski həm İtaliyadan aldıqları uzaqmənzilli silahların Rusiya ərazisində istifadə olunması üçün yaşıl işıq yandırılmasını təmin etmək, həm də italyan şirkətlərini buna inandırmaq üçün Cernobbioya gəlib. Ukraynanın yenidən qurulmasında rol alacağı bildirilib.
Digər tərəfdən, Cernobbioda keçirilən foruma qatılan ABŞ senatoru Lindsey Qraham, “La Repubblica” qəzetinə verdiyi açıqlamada Ukrayna üçün döyüşən könüllü xarici əsgərlərin olduğunu və onların arasında pilotların da ola biləcəyini deyərək, belə bir fikri gündəmə gətirdi. Bu fikir deməkdə məqsəd Ukraynaya təqdim etdilən “F16”larda təqaüdçü pilotların xidmətlərindən istifadə təklifi ola bilər.