Vaxt.Az

Ukrayna Rusiyanı “əjdaha”larla hədələyir


 

Ərinmiş metal qarşısına çıxan hər şeyi məhv edir

Ukrayna Rusiyanı “əjdaha”larla hədələyir Rusiyanın Ukraynanı işğalı 2022-ci ilin fevralından davam edir və bu müharibədə bir çox yeni silahlar sınaqdan keçirilir. ABŞ-ın CNN kanalı bu gün Ukraynanın “əjdaha” pilotsuz təyyarələri haqqında məlumat yayıb.

Bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin sentyabrın 4-də sosial şəbəkələrə yüklədiyi videolarda alçaqdan uçan pilotsuz uçuş aparatlarının donanmalarda cəbhəyə göndərildiyi anlaşılıb.

Dronlardan sıçrayan və ağaclar arasında Rusiya mövqelərini hədəf alan yanğının ərimiş metaldan qaynaqlandığı vurğulanıb.

Alüminium tozu ilə dəmir oksidinin qarışığından ibarət kimyəvi maddə olan termit 2200 dərəcəyə qədər istiliyə çataraq birbaşa rus əsgərlərini, eləcə də onların masakalnmada istifadə etdikləri  gizlənmiş ağacları və digər bitki örtüyünü məhv edir.

Alov yağdığı üçün bu PUA-lara “əjdaha” dronları deyilir.

Ukraynanın 60-cı Mexanikləşdirilmiş Briqadası sosial şəbəkədə “əjdahalar”la bağlı aşağıdakı açıqlamaları paylaşıb: “Hücum PUA-ları bizim intiqam qanadımızdır, göydən alov endirir. Onlar düşmən üçün əsl təhlükədir, öz mövqelərini heç bir silahın uyğun gəlməyəcəyi dəqiqliklə yandırırlar. Bizim qisas tanrımız hərəkətdə olanda rus qadınları heç vaxt yata bilmir.

İngiltərə ordusundan təqaüdçü müdafiə sənayesi mütəxəssisi Nicholas Drummond deyir ki, bu silahların ən böyük təsiri qorxu aşılamaq olacaq: “Çox qorxunc bir şeydir. Bir drondan bu şəkildə istifadə etməyin təsiri fiziki deyil, psixoloji olacaq. Mən belə bir silaha qarşı durmaq istəməzdim”.

Termit demək olar ki, hər şeyi, o cümlədən metalı yandıra bildiyi üçün ondan qorunmaq çox çətindir. 1890-cı illərdə alman kimyaçısı tərəfindən icad edilmiş və dəmir yollarının tikintisində istifadə edilb.

Birinci Dünya müharibəsi zamanı kəşf edilən hərbi imkanlar, almanların Böyük Britaniyaya zeplinlərlə bomba atarkən termitdən istifadə etməsi ilə də genişləndi.

İkinci Dünya müharibəsi zamanı həm almanlar, həm də Müttəfiq dövlətlər ələ keçirdikləri silahları zərərsizləşdirmək üçün termitlərdən istifadə edirdilər.

Beynəlxalq hüquqda termitlərin müharibələrdə istifadəsinə heç bir maneə olmasa da, onların dəhşətli təsirləri səbəbindən mülki əhaliyə qarşı istifadəsi qadağandır.

 





07.09.2024    çap et  çap et