Vaxt.Az

«Sitatın sonu»nun sonu


 

Etibar Hüseynova ATV-dən zərbə

«Sitatın sonu»nun sonu Deputat Etibar Hüseynovun ATV-də yayımlanan «Sitatın sonu» verilişi bağlanıb.

Avropa.info-nun əldə etdiyi məlumata görə, daha əvvəllər də verilişinə müəyyən fasilələr verilən Etibar Hüseynovun qarabağlılar barəsində səsləndirdiyi təhqiramiz ifadələr «Sitatın Sonu»nun sonu olub. Məcburi köçkünlər barəsində ifadələrinə görə, hakimiyyət dairələrində sərt şəkildə danlanan deputata ciddi xəbərdarlıq edildiyi də bildirilir.

Xatırladaq ki, Milli Məclisin spikeri Oqtay Əsədov da Etibar Hüseynov haqqında kəskin mövqeyini ifadə etmişdi. Deputatla söhbət etdiyini deyən, spiker Etibar Hüseynova yönəlik ironiya ilə onun məcburi köçkünlərdən «bacardığı qədər» üzr istədiyini demişdi.

Qeyd edək ki, ötən həftənin şənbə günündə Etibar Hüseynovun müəllifi olduğu «Sitatın sonu» verilişi efirə getməyib.

 





07.04.2014    çap et  çap et