Polis zorakılıqlarda daha 5 nəfərin qarşıdurmada həyatını itirdiyini açıqlayıb.
İmfal şəhər Baş Polis Müfəttişi Kabib verdiyi açıqlamada hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyi və araşdırma başladıldığını deyib.
“Bu səhər Kuki silahlıları Ciribamın kəndinə hücum edərək yaşlı bir vətəndaşı öldürüblər. Yaraqlılar atəşi davam etdirərək qaçıblar. Kənddəki bəzi könüllülər buna cavab verib və Ciribam polisi əraziyə çatanda onlara da atəş açıblar”, – deyib.
Manipur mətbuatında yer alan xəbərlərə görə, Moirang bölgəsində dünən Kuki icmasının üzvləri tərəfindən həyata keçirilən raket hücumunda bir nəfər ölüb.
***
Ştat əhalisinin yüzdə 53-ünü təşkil edən Meitei icmasının “Planlanmış qəbilə” kateqoriyasına daxil edilməməsi səbəbiylə başlatdığı etirazlar və bəzi digər etnik qruplar buna qarşı çıxmalarına görə 3 may 2023-cü il tarixindən etibarən zorakılıqların baş verməyə başladı.
Mayın 4-də hərbçilərə “Vur” əmrinin verildiyi əyalətdə zorakılıqlar nəticəsində ölənlərin sayı 182-yə yüksəlib, 60 mindən çox insan isə didərgin düşüb.