“Financial Times”ın təşkil etdiyi tədbirdə iştirak edən Burns və Mur, ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətlərinin “aqressiv Rusiyanın və prezident Vladimir Putinin Ukraynaya qarşı təcavüzkar müharibəsinə qarşı birlikdə dayandıqlarını” söyləyib. İkili 21-ci əsrin əsas geosiyasi və kəşfiyyat probleminin Çin, ekstremist qrupların terrorizmilə mübarizə olduğunu qeyd edib.
Tədbirdə iştirak edən mənbələrdən verdiyi məlumata görə, ikili ABŞ və Britaniya kəşfiyyatının Rusiya casuslarının bütün Avropada həyata keçirdiyi ehtiyatsız təxribat kampaniyasının qarşısını almaq üçün işləməyə davam edəcəklərini bildiriblər.