San-Pauluda toplaşan on minlərlə insan ölkənin hazırkı lideri Luiz İnasio Lula da Silvanı və avqustun sonunda adıçəkilən sosial platformaya girişi qadağan etməyə qərar verən Ali Məhkəmənin hakimi Aleksandr de Moraesi istefaya çağırıb.
Çıxış edən Bolsonaro etirazçıların “diktator” ləqəbli hakimi Alexandre de Moraesə işarə edərək, coşqulu kütləyə “Konstitusiyamızın hüdudlarını aşanlara dur deməliyik”, – deyib.
Fəallardan Valter Diniz “X”in sahibini tərifləyib və hakimi hədəfə alıb: “İndi biz Maska braziliyalı, super qəhrəman kimi baxırıq. O şarlatanla qarşılaşmağa cəsarət edən yeganə şəxsdir”.
Sağçılar Latın Amerikasının ən sıx məskunlaşdığı şəhərində “ifadə azadlığının və demokratiyanın müdafiəsi” iddiası ilə etiraz aksiyası keçirərkən, prezident Lula və tərəfdarları da paytaxt Braziliyada olublar.
Əvvəlki günlərdə ölkəsinin dünyaya mesaj verəcəyinə ümid etdiyini deyən 78 yaşlı dövlət başçısı “Elon Maskın ifrat sağçı reketə sırf zəngin olduğu üçün dözmək məcburiyyətində deyilik. Hərbi paradda keçid mərazsimində olub. Müxaliflər tədbirlə bağlı Lulanın gözlənilən diqqətə nail ola bilmədiyini iddia edirlər.
Ali Məhkəmə “X” platformasından keçmiş prezident Jair Bolsonaroya qarşı “çevriliş cəhdi” istintaqı çərçivəsində bəzi şəxslər haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını istəyib.
Elon Mask məhkəmənin tələbinə əməl etməyib və etiraz olaraq sosial şəbəkənin Braziliyadakı ofisini bağlayıb.
Bundan sonra Braziliya Ali Məhkəməsi “X”ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib, əks halda platformaya ölkə ərazisində girişin qadağan ediləcəyini açıqlayıb.
Müddət başa çatdıqdan sonra avqustun 30-da Alexandre de Moraesin Braziliyada platformaya giriş qadağası qoymağa qərar verdiyi bildirildi. Şirkət tərəfindən ayrılan müddətdə Braziliyada qanuni nümayəndə təyin etmədiyi üçün qərarın nümayəndə təyin olunana və cərimələr ödənilənə qədər qüvvədə olacağı vurğulanıb.
Açıqlamada, internet xidmət təminatçılarına və tətbiq mağazalarına girişin qarşısını almaq üçün 5 gün müddət verildiyi bildirilib.
Elon Musk da “X”də etdiyi paylaşımda qərara reaksiya göstərərək, “İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş sözdə hakim onu siyasi səbəblərdən məhv edir”, – yazıb.
Sentyabrın 2-də Braziliya Ali Məhkəməsi “X” platformasına girişlə bağlı qadağanın davam etdirilməsi barədə qərar çıxarıb.