Vaxt.Az

Tramp Putindən inciyib


 

Rusiya prezidentinin Hariisi dəstəkləməsi respublikaçı namizədi məyus edib

Tramp Putindən inciyib ABŞ-da yenidən prezidentliyə namizədliyini irəli sürən Donald Tramp Rusiya prezidenti Putindən çox incidiyini bildirib. ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Vladimir Putinin rəqibi Kamala Harrisi dəstəkləməsindən məyus olduğunu açıqlayıb.

Putin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd və vitse-prezident Kamala Harrisi dəstəklədiyini zarafatla demişdi. ABŞ seçkilərində Donald Trampı dəstəklədiyi ilə bağlı iddialara toxunan Putin, “Bayden seçiciləri Harrisi dəstəkləməyə çağırdı. Biz də bunu edəcəyik, onu dəstəkləyəcəyik. O qədər təsirli gülür ki, bu, hər şeyin yaxşı olduğunu göstərir”, – deyib.

Viskonsin ştatında keçirilən mitinqdə çıxış edən Tramp “Putin Kəmaləni dəstəklədi. Mən çox üzüldim. Kəmaləni niyə dəstəklədiyini düşündim. Amma yox, o, sadəcə şahmat oynayır”, – deyib.

 





08.09.2024    çap et  çap et