Vaxt.Az

“Donanmanın bazaya ehtiyac var”


 

Şimali Koreya lideri hərbi dəniz qüvvələrinin gücləndirilməsinə çalışır

“Donanmanın bazaya ehtiyac var” Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya lideri Kim Çen In hərbi-dəniz bazasının tikinti sahəsinə baxış keçirərkən dəniz qüvvələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Kim, “Ən böyük döyüş gəmilərini idarə etmək üçün dəniz bazası qurmaq təcili vəzifəyə çevrilib. Çünki biz dok qurğuları ilə birləşə bilməyən böyük yerüstü döyüş gəmilərinə və sualtı qayıqlara sahib olmağa yaxınıq”, – deyib.

Sahəyə baxış zamanı Kim gəmilər üçün silah sistemlərini işlədə bilən limanın tikintisinin zəruriliyini vurğulayıb və bazanın müdafiəsi üçün sahildə zenit müdafiə sistemlərinin yerləşdirilməsi üçün hərbi tədbirləri açıqlayıb.

Kim bildirib ki, bazanın ərazisi şərq və qərb tərəfdən dənizlə əhatə olunmuş ölkə üçün strateji yer olduğundan geosiyasi üstünlüklərə malikdir.

Xəbərdə bazanın harada tikiləcəyi dəqiq göstərilməyib.

 





08.09.2024    çap et  çap et