Vaxt.Az

ABŞ qoşunları İraqdan çıxarılır


 

Rəsmi Bağdad müddətin uzatılmasını rədd etdi

ABŞ qoşunları İraqdan çıxarılır İraq ABŞ qoşunlarının iki il ərzində ölkədən çıxarılacağını açıqlayıb. İraqın müdafiə naziri Sabit Abbasi ABŞ qoşunlarının İraqdan çıxarılması ilə bağlı açıqlama verib.

ABŞ əsgərlərinin 2 il ərzində İraqdan çəkiləcəyini bildirən Abbasi, “ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı missiyasını iki mərhələdə bitirmək üçün razılaşma əldə edildi. İlk geri çəkilmə mərhələsi bu il başlayacaq və 2025-ci ilə qədər davam edəcək. İkinci geri çəkilmə mərhələsi 2026-cı ildə başa çatacaq”, – dedi.

Abbasi həmçinin qeyd edib ki, ABŞ Müdafiə Naziri Lloyd Ostin iki illik müddətin geri çəkilmək üçün kifayət etmədiyinə inandığını və bir il əlavə edilməsini istəyib, lakin Bağdad bu müddəti 2 ildən çox uzatmaqdan imtina edib.

İraqın müdafiə naziri Abbasi əlavə edib ki, Vaşinqtonla geri çəkilmə sazişi yaxın günlərdə imzalanacaq.

 





08.09.2024    çap et  çap et