Digər tərəfdən, ABŞ-da aparılan sorğuların ortalamasına görə, Harris yüzdə 49 səslə Trampı 2 bal qabaqlayır.
Sorğunun nəticələri göstərir ki, namizədlər sentyabrın 10-da keçiriləcək teledebat öncəsi yarışda başa-baş gedirlər.
Sorğuda iştirak edən seçicilərin demək olar ki, 30 faizi Harrisin siyasi mövqeyi haqqında kifayət qədər məlumatlı olmadığını deyir.
Bu arada, əksər seçicilər Trampın siyasi baxışlarının böyük ölçüdə aydın olduğunu düşünür.
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi Donald Tramp və Kamala Harris sentyabrın 10-da ABC kanalının Nyu-Yorkdakı studiyasında üz-üzə gələcəklər.