Vaxt.Az

Əlcəzairdə seçkinin qalibi bəlli olub


 

Əbdülməcid Tebbun 94,65 faiz səs toplayıb

Əlcəzairdə seçkinin qalibi bəlli olub Əlcəzairdə keçirilən erkən seçkilərdə hazırkı prezident Əbdülməcid Tebbun qalib gəlib.

Əlcəzair Müstəqil Milli Seçki İdarəsinin (MSİ) sədri Məhəmməd Şərəfi mətbuat konfransında bildirib ki, prezident Əbdülməcid Tebbun səslərin 94,65 faizini alaraq yenidən prezident seçilib.

MSİ sədri Əlcəzairdə İslam yönümlü Sülh Cəmiyyəti Hərəkatının (MSP) namizədi Əbdüləli Həsəninin 3,17 faiz səs topladığını, Sosialist Qüvvələr Hərəkatının (FFS) baş katibi Yusuf Uşuşinin isə 2,16 faiz səslə sonuncu yeri tutduğunu qeyd edib.

2019-cu ildə Əlcəzairdə kütləvi ictimai etirazlar nəticəsində 20 illik hakimiyyətdən sonra istefa verməli olan Əbdüləziz Buteflikadan sonra Abdülmecid Tebbun seçkilərdə 58 faiz səs toplayaraq ölkənin yeni prezidenti olmuşdu.

Tebbun vəzifəsini daha bir müddətə davam etdirmək üçün müstəqil olaraq namizədliyini irəli sürərkən ordunun, medianın, dini icmaların, sahibkarların və bəzi siyasi partiyaların dəstəyini qazanmışdı.

 





08.09.2024    çap et  çap et