Vaxt.Az

Banladeşin daha bir dərdi – dang qızdırması


 

Bir gündə 463 nəfər xəstəxanaya yerləşdirilib

Banladeşin daha bir dərdi – dang qızdırması Banqladeşdə son 24 saat ərzində dang qızdırması diaqnozu qoyulan yüzlərlə insan xəstəxanaya yerləşdirilib. “The Daily Star” qəzetinin məlumatına görə, Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi ölkədəki dang qızdırması halları ilə bağlı açıqlama verib.

Açıqlamada son 24 saatda 1 nəfərin dang qızdırmasından öldüyü, 463 nəfərin xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Açıqlamada il ərzində dang qızdırmasından 96 nəfərin öldüyü, bu il ümumi yoluxma sayının 15 min 670 nəfərə çatdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, hazırda ölkə üzrə 1582 nəfər dang qripi xəstəliyindən müalicə olunur.

***

Tropik və subtropik bölgələrdə baş verən Denge qızdırması virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

Ümumiyyətlə “yağışlı dövrlər” kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında yoluxma hallar artır.

Alimlər xəbərdarlıq edir ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və Denq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.

Xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, xüsusilə sənaye mühitlərindəki zibilliklərin daim dezinfeksiya edilməsi lazımdır.

 





08.09.2024    çap et  çap et