Eyni zamanda ANS-in bu mövqeyini də bəyəndi
ki, Azərbaycan özünü Ukrayna ilə müqayisə etməməli, əksinə bəlkə Rusiyadan
nümunə götürərək öz tarixi ərazilərini qaytarmaq istiqamətində ciddi
çalışmalıdır. ANS-in təhlil xidmətinin gəldiyi qənaət isə belədir: Bir halda
ki, Rusiya nə vaxtsa ona məxsus olmuş Krımı özünə qaytarır, onda Azərbaycan Zəngəzur
haqqında niyə düşünməsin? Niyə biz bu barədə Avropanın, lap elə bu yolu öz
müasirlərinə göstərən Rusiyanın köməyindən istifadə etməyək. Bəlkə
Jirinovskini, onun isti, qızğın-qızdırmalı bəyanatları ilə məhz ona görə ortaya
atıblar ki, Azərbaycanın fikrini belə tarixi həqiqətlərdən yayındırsınlar. Zəngəzur
Putinin təbirincə desək, məhz Sovet Hökumətinin səhv qərarı nəticəsində 1923-cü
ilin noyabrında Ermənistana verilib. Tarix boyu Azərbaycanınkı olmuş bu əraziləri
geri qaytarmaq xalq haqqımızdır. Prezident İlham Əliyevi dinləyək.
«Gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Bunlar bizim tarixi torpaqlarımızdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, öz suverenliyini bərpa edəcək. Biz azərbaycanlılar Dağlıq Qarabağa, eləcə də digər işğal edilmiş torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm».