Vaxt.Az

Siciliya sahillərində 6 cəsəd tapılıb


 

Meyitlərin 21 nəfər itkin düşənlərə aid olduğu güman edilir

Siciliya sahillərində 6 cəsəd tapılıb İtaliya mediası dünən (sentyabrın 8-də) xəbər verib ki, sahil mühafizəsi Siciliya sahillərində bu ay miqrant qayığının batması nəticəsində itkin düşən 21 nəfərdən bəzilərinə aid olduğu güman edilən altı cəsədi tapıb.

“Reuters”in məlumatına görə, İtaliyanın sahil mühafizəsi çərşənbə günü verdiyi açıqlamada bildirib ki, Lampeduza adasının cənub-qərbində yarı batmış qayıqdan hamısı suriyalı kişi olmaqla 7 nəfərin cəsədi çıxarılıb. Sağ qalanlar xilasedicilərə sentyabrın 1-də Liviyadan yola düşdüklərini və 3-ü uşaq olmaqla 28 nəfərdən 21-nin pis hava şəraitində dənizə düşdüyünü bildiriblər.

İtaliyanın AGI xəbər agentliyi xilasetmə qruplarının yerləşdikləri yerin koordinatlarına əsasən, tapılan cəsədlərin itkin düşənlərə aid olduğu ehtimal edilir. Mərkəzi Aralıq dənizi regionu dünyada ən yüksək miqrant ölüm nisbətinə malikdir. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, ötən il 2500-dən çox, ilin əvvəlindən isə 1116 miqrant ölüb və ya itkin düşüb.

 





09.09.2024    çap et  çap et