Vaxt.Az

Avstraliyada 14+ qadağası


 

Yaşca kiçiklər üçün sosial media hesabları yaratmaq mümkün olmayacaq

Avstraliyada 14+ qadağası Bir çox ölkələr sosial medianın gənclər üzərindəki mənfi təsirlərinin qarşısını almaq üçün müxtəlif yollara əl atsa da, Avstraliyada Cənubi Avstraliya əyaləti 14 yaşdan kiçiklərə sosial media qadağası qoymağa hazırlaşır.

“News.com.au” xəbər verir ki, Ali Məhkəmənin keçmiş hakimi Robert Frans kiçik yaşlı uşaqların sosial mediadan istifadə etməsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb. Hesabatda 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi də yer alıb.

Baş nazir Malinauskas açıqlamasında bu hesabata daxil edilən qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməli olduğunu bildirib.

Sosial medianın avstraliyalıların psixi sağlamlığına dağıdıcı təsirləri olduğunu deyən Malinauskas bütün ştatları bu hesabatı qəbul etməyə çağırıb. Malinauskas, sosial media platformalarının asılılığı kütləviləşdirdiyini deyib.

Gənclərin aludəçiliyi ilə pul qazandıqlarını ifadə edən Malinauskas, "Ona görə də bu yanaşmanı mənimsəyəcəklərsə, əməllərinin məsuliyyətini də onlar daşımalıdır, – deyib.

Qanun layihəsində 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi və uşaqlar bu platformalarda hesab açdıqları təqdirdə şirkətləri cərimələmək daxildir. Müvafiq olaraq, 14 yaşından kiçik uşaqlar sosial mediadan istifadə etmək üçün valideynlərinin razılığını almalıdırlar.

Qanun layihəsinin əvvəlcə Cənubi Avstraliyada, sonra isə digər ştatlarda parlamentlərə təqdim ediləcəyi gözlənilir.

 





09.09.2024    çap et  çap et