Hollandiyanın “Trouw” qəzetinin xəbərində, Hollandiya və digər 7 AB ölkəsinin Rusiya diplomatlarının AB-yə səfərlərini məhdudlaşdıran bir qərar üçün Birlik səviyyəsində lobbiçilik etdiyi bildirilib.
Xəbərdə vurğulanıb ki, məhdudiyyəti dəstəkləyən ölkələr Rusiya diplomatlarının Şengen bölgəsində sərbəst hərəkət etməkdənsə, yalnız akkreditə olduqları ölkədə sərbəst hərəkət etmək hüququna malik olmasını təmin etməyi hədəfləyirlər.
Məhdudiyyətə səbəb kimi Rusiya diplomatının AB bölgəsində təxribat və casusluq fəaliyyəti göstərdiyi bildirilən xəbərdə rus diplomatların toxunulmazlıq və digər imtiyazları sayəsində sərbəst casusluq fəaliyyətini həyata keçirməkdə şübhəli bilindiyi bildirilib.
Xəbərdə Hollandiya, Danimarka, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Çexiyanın ötən ilin sonunda başlatdığı lobbiçilik fəaliyyətlərinə dəstək verdiyi qeyd edilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mart ayında verdiyi açıqlamada son illərdə NATO ölkələrindən 1000-dən çox rusiyalı diplomatın deportasiya edildiyini bildirib.