Suriya rejiminə yaxın sosial media hesabları İsrail döyüş təyyarələrinin Həma vilayətinin Misyaf bölgəsindəki Hərbi Elmi Araşdırma Mərkəzi və Tarsusda İranın dəstəklədiyi qruplara aid hərbi məntəqələrə 15 hava hücumu təşkil etdiyini bildirib.
Rejimin xəbər agentliyi SANA da hava hücumundan müdafiə sistemlərinin hücumlara cavab verdiyini açıqlayıb.
Xəbərdə Həmadakı hücumlar nəticəsində 16 nəfərin öldüyü, 36 nəfərin yaralandığı deyilib.
Digər tərəfdən hücum iddiası ilə bağlı İsrail tərəfindən heç bir açıqlama verilməyib.
İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna məxsus hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.