Vaxt.Az

8 saatlıq tətil


 

İtaliyada ictimai nəqliyyat işçilərinin etirazı insanları yağışlı havada yollarda qoyub

8 saatlıq tətil İtaliyada nəqliyyat sektorunda çalışan işçilər həmkarlar ittifaqlarının çağırışı ilə kollektiv müqavilənin yenilənməsi danışıqlarının başlanmasını tələb edərək 8 saatlıq tətilə başlayıblar.

Ölkədəki həmkarlar ittifaqlarının çağırışı ilə, xüsusilə ictimai nəqliyyat sahəsində çalışanlar bu gün yerli vaxtla 08.30-16.30 arasında işləməməyə qərar verib. Həmkarlar ittifaqları 31 dekabr 2023-cü ildə müddəti başa çatan kollektiv müqavilələrin yenilənməməsinə etiraz etdiklərini bildiriblər.

Paytaxt Romada fəaliyyətini dayandıran əməkdaşlar Apostoli meydanına toplaşaraq tələblərini bildiriblər.

Yağışlı hava səbəbindən şəhər sakinləri və turistlər şəhər nəqliyyatında çətinliklərlə üzləşiblər. Paytaxtda üç metro xətti və bütün avtobus xidmətlərinin dayanması çoxlu sayda insanın yağışda dayanacaqlarda gözləməsinə səbəb olub.

Roma ilə yanaşı digər şəhərlərdə də əhali ictimai nəqliyyatda tətil səbəbindən yollarda qalıb.

Bu arada ölkədə dünən dəmiryol işçiləri tətilə çıxıb, şəhərlərarası qatarların reyslərində ləğvlər və hərəkətində fasilələr yaranıb.

 





09.09.2024    çap et  çap et