BBC-nin məlumatına görə, 69 yaşlı Məhəmməd Əli Kibao ölkənin ən böyük şəhəri Darüssalamdan doğulduğu Tanqaya gedərkən şübhəli şəxslər tərəfindən avtobusdan zorla endirilib.
Darüssalamın sahil bölgəsi Ununioda ölü tapılan Kibaonun tibbi ekspertiza nəticəsində onun şiddətli döyüldüyü və üzünə kimyəvi turşu töküldüyü məlum olub.
Siyasi qətl ölkədə kəskin etirazlara səbəb olub. Bir çox insan başqalarının da qaçırılaraq öldürüldüyü xəbərləri fonunda hökumətdən tədbir görməsini istəyib.
Ana müxalifət partiyasının üzvü Kibaonun dəfn mərasimi bu gün Tanqa şəhərinin Dariqube rayonunda dəfn keçirilib.
Prezident Samia Suluhu Hassan qaçırılan, döyülən və sonra üzərinə turşu tökülən Kibaonun vəhşicəsinə qətlini pisləyib.
Prezident bununla bağlı “X” platformasında paylaşım edib: “Mən istintaq orqanlarına tapşırmışam ki, bu dəhşətli hadisə və buna bənzər hadisələrlə bağlı mənə ətraflı məlumat verilsin. Ölkəmiz demokratik dövlətdir və hər bir vətəndaşın yaşamaq hüququ var”.