Vaxt.Az

Yapon dənizində əzələ nümayişi


 

Çin və Rusiya Hərbi Dəniz Qüvvələri birgə təlimlər keçirəcək

Yapon dənizində əzələ nümayişi Çin və Rusiya Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri Yapon dənizi (Şərq dənizi) və Sakit okeanın qərbindəki Oxot dənizində birgə hərbi təlimlər keçirəcək.

Çin Müdafiə Nazirliyindən verilən açıqlamada, “Şimal qarşılıqlı Fəaliyyət-2024” adlı təlimin iki ölkə ordusu arasında strateji əməkdaşlığı dərinləşdirmək və təhlükəsizlik təhdidlərinə qarşı birgə cavab imkanlarını gücləndirmək məqsədi daşıdığı bildirilib.

Açıqlamada Çin və Rusiya donanmasının Sakit Okeanda altıncı patrul missiyasını yerinə yetirəcəyi və Rusiyanın “Okean-2024” adlı strateji təliminə Çinin də qatılacağı bildirilib. Lakin təlimlərin və patrul fəaliyyətlərinin nə vaxt keçiriləcəyi barədə məlumat verilməyib.

***

Bu hərbi fəaliyyət Çin və Yaponiya arasında hava məkanında və ərazi sularında pozuntular səbəbindən gərginliyin artdığı dövrə təsadüf edir.

Avqustun 26-da Yaponiya Çin ordusuna məxsus “Y-9” tipli hərbi təyyarənin Şərqi Çin dənizindəki Danco adaları yaxınlığında Yaponiyanın hava məkanına daxil olduğunu bildirib. Həmçinin qeyd olunub ki, Çin tədqiqat gəmisi Yaponiyanın cənubundakı Tokara boğazında Kuchinoerabu adası yaxınlığında Yaponiya ərazi sularına daxil olub.

Tokio administrasiyası hər iki insidentdən sonra diplomatik kanallarla Çinə etiraz edib.

 





09.09.2024    çap et  çap et