Vaxt.Az

“Qlobal ticarət yoxsulluğa kömək etmir”


 

DTT-nin hesabatı: “10 faiz zənginin gəliri, 50 faiz kasıbdan qazancından 79 dəfə çoxdur”

“Qlobal ticarət yoxsulluğa kömək etmir” Dünya Ticarət Təşkilatı (DTT) bəyan edib ki, təkcə qlobal ticarət yoxsulluqla mübarizəyə kömək etmir və iqtisadiyyatlar arasında uçurumu aradan qaldırmaq üçün daha çox iş görülməlidir. Bu fikir DTT-nin dərc edilən “2024 Dünya Ticarət Hesabatı”nda yer alıb.

Hesabatda qeyd olunub ki, qlobal ticarət bir çox ölkədə yoxsulluğun azaldılmasına töhfə verir, lakin bu tək başına yoxsulluqla mübarizəyə kömək etmir.

Qlobal ticarətin imkanlar təqdim etdiyi bildirilən hesabatda yoxsulluqla mübarizə və iqtisadiyyatlar arasındakı uçurumu aradan qaldırmaq üçün ticarətlə yanaşı, sosial tədbirlərin və beynəlxalq əməkdaşlığın da zəruri olduğu bildirilib.

Hesabatda həmçinin vurğulanıb ki, qlobal ticarəti daha inklüziv etmək üçün istehlakçıların aşağı qiymətlərdən, etibarlı infrastrukturdan və yaxşı işləyən maliyyə bazarlarından faydalanmasını təmin etmək lazımdır. Bunun üçün peşə təhsili, rəqabət siyasəti kimi daxili siyasətlərin dəstəklənməsi daxil olmaqla, əhatəli strategiya işlənməlidir.

DTT-nin hesabatında 2022-ci il “Qlobal Bərabərsizlik Hesabatına” istinadən qeyd olunub ki, qlobal gəlir bərabərsizliyi mütləq ifadədə 110 il əvvəl olduğu qədər yüksəkdir.

Hesabata görə, 1910-cu ildə dünya əhalisinin ən zəngin 10 faizinin gəliri ən aşağı 50 faizin gəlirindən 41 dəfə çox olduğu halda, 2020-ci ildə bu nisbət 38 dəfə (ümumilikdə 79 dəfə) artıb.

Həmçinin bildirilib ki, yoxsul ölkələr beynəlxalq ticarətdə daha az iştirak edirlər, daha az birbaşa xarici investisiya alırlar və xaricdən daha çox kommersiya mallarından asılıdırlar.

Hesabat qlobal ticarətdə əlavə tariflər kimi məhdudlaşdırıcı tədbirlərin çox vaxt aztəminatlı ev təsərrüfatlarına, qadınlara və kiçik bizneslərə qeyri-mütənasib təsir göstərdiyini və zəngin və inkişaf etməkdə olan ölkələr arasında bərabərsizliyi azaltmaq və yoxsul ölkələrə kömək etmək üçün daha çox şeyə ehtiyac olduğunu qeyd edilib.

DTT-nin Baş direktoru Nqozi Okonjo-İveala hesabatı dəyərləndirərkən bildirib ki, bəlkə də hesabatdan çıxarıla biləcək ən mühüm nəticə yoxsulluğun azaldılmasında və ortaq rifahın yaradılmasında ticarətin rolunun bir daha təsdiqlənməsidir.

Okonjo-İveala, “Ancaq ikinci ən böyük nəticə ondan ibarətdir ki, ticarəti və DTT-nin qloballaşmanın son 30 ilində geridə qalmış iqtisadiyyatlar və insanlar üçün edə biləcəyimiz çox şey var”, – deyib.

 





09.09.2024    çap et  çap et