Azyaşlı qızlarla cinsi əlaqədə olmaq, başqalarının cinsi əlaqəsinə vasitəçilik etmək, fahişəlik, sui-qəsd və şantaj kimi bir çox ittihamlarla mühakimə olunan moda milyarderi Peter Nayqaard 11 il həbs cəzasına məhkum edilib.
Dünya şöhrətli modelyer və “Nygard International” şirkətinin qurucusu 2020-ci ildə ABŞ-ın tələbi ilə Kanadada saxlanılaraq həbs edilib.
79 yaşlı modelyerə qarşı əvvəllər də oxşar cinayətlərə görə bir çox iddialar qaldırılıb, lakin şikayətçilər müxtəlif səbəblərdən şikayətlərini geri götürdükləri üçün o, həbs olunmayıb.
Kanadada hakim qarşısına çıxan keçmiş moda milyarderi Peter Nayqaard Toronto Ali Məhkəməsində cinsi təcavüzə görə 11 il həbs cəzasına məhkum edilib.
çap et