Prezident Vladimir Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakovun Türkiyənin BRİCS-ə tam üzv olmaq üçün müraciət etdiyi barədə açıqlaması da ötən həftə gündəm olub.
48 yaşlı sözçüsü bildirib ki, dünya ABŞ-ın gizli və ya açıq təcavüzündən yorulub və bu səbəbdən əməkdaşlıq üçün yeni yollar axtarır.
Digər ölkələrin beynəlxalq hüquq prinsipləri çərçivəsində əlaqələri inkişaf etdirməyə çalışdıqlarını və NATO kimi ittifaqlardansa BRİKS kimi birliklərə üstünlük verəcəklərini müdafiə edən Zaharova: “Vaşinqton Hollivud filmlərindəki manyaklar kimi qazonbiçən, mişar və ya hər hansı bir balta ilə hər şeyi məhv etdiyi üçün dünya yeni münasibətlər formaları axtarmağa məcburdur”.
BRİKS-in növbəti sammiti oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək.
Uşakov prezident Rəcəb Tayyib Ərdoğanın sammitə qatılacağını desə də, hələlik Ankaradan mövzu ilə bağlı dəqiq bir açıqlama verilməyib. 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən BRIC adı ilə qurulan iqtisadi əməkdaşlıq təşkilatı 2011-ci ildə Cənubi Afrikanın da iştirakı ilə BRİKS adlandırılıb.
Bu il Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin tamhüquqlu üzv statusu qazanması ilə daha da böyüyüb.
Üzvlərinin sayı 10-a çatan təşkilat 30-dan çox ölkədən iştirak üçün müraciətləri qiymətləndirir.