Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın PUA-larla Rusiya ərazisindəki obyektlərə hücum etməyə cəhd etdiyi bildirilib.
Açıqlamada 20-nin isə Moskva vilayəti üzərində olmaqla, 144 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib . Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bölgədə pilotsuz təyyarənin yaşayış binasına çırpılması nəticəsində bir uşağın öldüyünü, 4 nəfərin yaralandığını açıqlayıb.
Rusiya Federal Aviasiya Agentliyindən (Rosaviatsiya) edilən yazılı açıqlamada, mülki təyyarələrin təhlükəsizliyi ilə əlaqədar Moskva hava limanlarında uçuşların müvəqqəti olaraq məhdudlaşdırıldığı açıqlanıb.