Polşanın “PAP” agentliyinin məlumatına görə, Kosiniak-Kamysz bildirib ki, bazar günü (sentyabrın 8-də) Rusiyanın PUA-larının NATO ölkələri olan Rumıniya və Latviyanın hava məkanını pozması vəziyyətin ciddiliyini sübut edir. Kosiniak-Kamysz NATO müttəfiqlərinin bu və buna bənzər vəziyyətlərə birgə cavab verməli olduqlarını, məsələni müzakirə etdiklərini, lakin hələlik bir nəticəyə gəlinmədiyini bildirib.
Nazir Kosiniak-Kamysz də qeyd edib ki, Polşa ən yaxşı hava hücumundan müdafiə sistemlərini almaqla silahlanmalı və güclənməlidir. Kosiniak-Kamysz-in bəyanatları sentyabrın 8-də Rusiya PUA-larının Latviya və Rumıniyanın hava məkanını pozmasından sonra verilib.
***
Bu arada Rusiya Müdafiə Nazirliyi Rusiya donanmasının “Okean-2024” hərbi strateji təliminə başladığını bildirib. Nazirlikdən verilən məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin bölmələri ordunun hazırlığı çərçivəsində “Okean-2024” təliminə qatılıb.
Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Aleksandr Moiseyevin rəhbərliyi ilə Sakit və Şimal Buzlu okeanlar, Aralıq dənizi, Xəzər və Baltik sularında keçirilən təlimdə 90 mindən çox əsgər, 400-dən çox döyüş gəmisi və sualtı qayıq, 120-dən çox təyyarə və vertolyot daxil olmaqla təxminən 7 min hərbi texnika iştirak edir.
İki mərhələdən ibarət olan təlimə Rusiya Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Təhlükəsizlik Xidməti (FSB), Milli Qvardiya və Federal Mühafizə Xidmətinin əməkdaşları da cəlb olunub. Xarici ölkələrdən (ÇİN) hərbi birləşmələrin də dəvət olunduğu təlimin məqsədi Rusiya donanmasının hazırlıq səviyyəsini yoxlamaqdır.
Okean təlimi sentyabrın 16-da başa çatacaq. Böyük təlimlərdən biri olan “Okean” da keçmiş Sovet İttifaqı dövründə 1970-1985-ci illər arasında təşkil olunub.