Vaxt.Az

«O adamın başı xarabdır»


 

«Bu, qəbulolunmazdır»

«O adamın başı xarabdır» Avropa Parlamentində Fransanı təmsil edən Yaşıllar Partiyasının üzvü Daniel Kon-Bandi (Daniel Cohn-Bendit) «eunews.az» xəbər portalının suallarını cavablandırıb.

- Ötən həftə «Siemens» şirkətinin baş icraçı direktoru Co Kayzer (Joe Kaeser) Rusiya prezidenti Vladimir Putinlə görüşərək, ikitərəfli əməkdaşlığın davam edəcəyini deyib...

- (Sözümü kəsərək) O, bundan da çoxunu deyib. Kayzer bildirib ki, Rusiya və Almaniyanı 160 illik ortaq dəyərlər birləşdirir. Bu, o deməkdir ki, Hitler və Stalin də daxil olmaqla, Putinin bugünkü siyasəti «Siemens» üçün Almaniya və Rusiya arasında ortaq dəyərlərin göstəricisidir. O adamın başı xarabdır. Bu, qəbulolunmazdır. Deməli, Almaniya şirkətlərinin bir hissəsi Stalin və Putin kimi insanların qarşısında əyilməyə hazırdırlar. 

 

- Sizcə Avropa İttifaqı bu tip qərarlara necə reaksiya verməlidir?

Aİ-nin aydın sanksiya və təcrid strategiyası olmalıdır. Bu, birdəfəlik olmalı deyil, amma İttifaqın qətiyyətini nümayiş etdirməlidir.

 





07.04.2014    çap et  çap et