Vaxt.Az

3 dəfə təxirə salınmışdı


 

Fukusima Atom Elektrik Stansiyasında nüvə tullantılarının çıxarılmasına başlanılıb

3 dəfə təxirə salınmışdı 2011-ci ildə Yaponiyanın şimal-şərqindəki Fukusima Daiiçi Atom Elektrik Stansiyasında (AES) baş vermiş zəlzələdən sonra zədələnmiş reaktorlardan nüvə yanacağı qalıqlarının çıxarılması prosesinə başlanıldığı bildirilib.

Yaponiyanın NHK ictimai kanalının verdiyi xəbərə görə, stansiya operatoru “Tokyo Electric Power” (TEPCO) təxminən iki həftə davam edəcək proses nəticəsində bir neçə qram nüvə yanacağı tullantısını çıxaracaq.

TEPCO, nüvə yanacağı qalıqlarının çıxarılması prosesinin dar bir boruya bənzəyən uzaqdan idarə olunan cihazla başladığını açıqlayıb.

Cihazın ucundan gələn kabelin köməyi ilə bir neçə qram nüvə yanacağı tullantısının çıxarılacağı qeyd edilərkən, bu prosesdə əldə edilən dağıntılar haqqında məlumatlar miqyaslı təmizləmə səyləri üçün ən yaxşı üsulun təyin edilməsinə kömək edəcəyi düşünülür.

Fukuşima Daiiçi AES-in 1, 2 və 3 saylı reaktorlarında təxminən 880 ton nüvə yanacağı tullantısı olduğu təxmin edilir.

***

Reaktorlardan nüvə yanacağı qalıqlarının çıxarılmasında üç dəfə təxirəsalınma olub. Nəhayət, avqustun 22-də yanacaq tullantılarının təmizlənməsində istifadə olunacaq zəruri avadanlıqların quraşdırılmasında problem aşkar edilərək proses dayandırılıb.

Yüksək radioaktiv tullantıların çıxarılması elektrik stansiyasının istismardan çıxarılması prosesində ən çətin vəzifələrdən biri hesab olunur.

2011-ci ilin martında ölkənin şimal-şərqində baş verən zəlzələ və sunamidən sonra AES-in 1, 2 və 3 saylı reaktorlarında nüvə partlayışı baş vermişdi.

 





10.09.2024    çap et  çap et