“Reuters”in məlumatına görə, aşıqlamada hədəflərin 7 oktyabr qətliamında bilavasitə iştirak etdiyi və son vaxtlar terror planlarını həyata keçirməyə çalışdığı bildirilib.
Hökumət media ofisi tərəfindən açıqlanan rəqəmlərlə ölənlərin sayında “uyğun olmadığını” bildirilib. Hədəfə alınanlar arasında HƏMAS-ın Qəzza zolağındakı hava qüvvələrinin komandirinin və qrupun hərbi kəşfiyyat qolunun kəşfiyyat və hədəf alma bölməsinin rəhbərinin olduğunu açıqlanıb.
İsrailin müdafiə naziri Yoav Qalant dünən (sentyabrın 9-da) jurnalistlərə bildirib ki, HƏMAS ilə Qəzzada saxlanılan girovların azad edilməsini nəzərdə tutan atəşkəs razılaşması İsrail üçün bütün cəbhələrdə təhlükəsizlik vəziyyətini dəyişmək üçün “strateji fürsət” olacaq.
“France-Presse” Agentliyinin məlumatına görə, nazir girovların qaytarılmasının “doğru addım” olduğunu bildirib və əlavə edib ki, “razılaşmanın əldə edilməsi həm də bizə bütün cəbhələrdə təhlükəsizlik vəziyyətini dəyişmək üçün böyük şans verən strateji fürsətdir”.