“Hindustan Times” qəzetinin məlumatına görə, zorakılıqdan sonra aralarında tələbələr və qadınların da olduğu nümayişçilər ştatın paytaxtı İmfalda yürüş keçiriblər.
Yürüş zamanı nümayişçilərlə polis arasında dava düşüb və asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.
Manipur əyalətinin səlahiyyətliləri öz bəyanatlarında İmfal Qərbi, İmfal Şərqi və Toubal bölgələrində komendant saatı elan edildiyini açıqlayıblar.
Səlahiyyətlilər həmçinin “nifrət dolu şəkillərin yayılmasının qarşısını almaq üçün” internetə girişin bağlandığını açıqlayıb.
***
Sentyabrın 6-da Moirang bölgəsində Kuki icmasının üzvləri tərəfindən həyata keçirilən raket hücumunda bir nəfər ölüb.
Manipur polisi sentyabrın 7-də Kuki icmasından olan hücumçuların Meitei icmasından bir nəfəri öldürməsi ilə ştatın Jiribam bölgəsində tərəflər arasında silahlı qarşıdurmanın baş verdiyini açıqlayıb.
Polis qarşıdurma və zorakılıq nəticəsində ümumilikdə 8 nəfərin öldüyünü açıqlayıb.