Vaxt.Az

Gül baş nazir ola bilməz


 

Hazırkı prezidentin hökumət rəhbəri kreslosuna keçməsi üçün bəzi təkliflər irəli sürülür

Gül baş nazir ola bilməz Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini Əmrullah İşler avqustda keçiriləcək prezident seçkisi barədə danışıb. ANS PRESS-in xəbərinə görə, İşlər baş nazirin namizəd olacağı barədə qərarını qarşıdakı günlərdə açıqlayacağını, iştirak edəcəyi təqdirdə ilk turda 50 faiz səs yığacağını iddia edib.

Əmrullah İşler hazırki prezident Abdullah Gülün baş nazir olub-olmayacağı barədə də suala cavab verib. Baş nazirin müavini, millət vəkili olmadığı üçün Abdullah Gülün seçki başa çatan kimi baş nazir olmasının mümkün olmayacağını bildirib. 

«Hesab edirəm ki, prezidentimiz millət vəkili olmadığı üçün bu vəzifənin icrasına başlaya bilməz. Bu texniki olaraq da mümkün deyil. Qarşımızda iki yol var. Bayburt modeli və ya vaxtından əvvəl seçki. Bu təqdirdə yenə də 2 ay vaxta ehtiyac var. Abdullah Gül vaxtından əvvəl keçirilən qurultayla partiyanın sədri də ola bilər. Amma bütün bunlar barədə dəqiq məlumatlar prezidentimizlə baş nazirimiz arasında keçirilən görüşdən sonra məlum olacaq». 

Xatırladaq ki, 2002-ci ildə AKP-nin təkbaşına hakimiyyətə gəlməsindən bir müddət sonra həbsdən çıxan Rəcəb Tayyib Ərdoğanın millət vəkili olmasının qarşısındakı maneə ləğv olunmuş, Siirt millət vəkili istefa vermiş, 2003-cü ilin mart ayında keçirilən seçki ilə Siirtdən namizəd olan Ərdoğan millət vəkili və daha sonra baş nazir olmuşdu. 

Baş nazirin müavini Əmrullah İşler «Bayburt modeli» deyərək prezident Abdullah Gülün Bayburtdan millət vəkili və daha sonra baş nazir ola biləcəyinin işarəsini verib.

 





07.04.2014    çap et  çap et