Barr paytaxt Vaşinqtonda “Brookings” İnstitutunda etdiyi çıxışda banklar üçün kapital planında atılacaq növbəti addımlardan danışıb.
Təxminən bir il əvvəl böyük banklar üçün riskə əsaslanan kapital tələblərini dəyişdirəcək qaydalar təklif etdiklərini və bunlarla bağlı şərhlər istədiklərini bildirən Barr, “Bu proses təkliflərdəki geniş və maddi dəyişikliklərin haqlı olduğu qənaətinə gəlməyə imkan verdi”, – deyib.
Kapital tələblərinin artırılmasının faydaları və xərcləri olduğuna diqqət çəkən Barr, alınan rəylər fonunda ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası ilə (FDIC) və Valyuta Nəzarəti İdarəsinin (OCC) müştərək şəkildə təqdim edilən yeni təkliflə böyük bankların kapitalında 9 faiz artımın nəzərdə tutulduğunu söylədi.
2023-cü ilin iyul ayında açıqlanan qanun layihəsi ilə ABŞ-da cəmi aktivləri 100 milyard dollar və ya daha çox olan banklar kapital tələblərində 19 faiz artımla üzləşib.
“JPMorgan Chase”, “Wells Fargo”, “Bank of America”, “Citigroup”, “Goldman Sachs” və “Morgan Stanley” kimi ABŞ-ın böyük banklarının top menecerləri xəbərdarlıq etmişdilər ki, bank kapitalının artırılmasına dair tənzimləmə təklifi iqtisadiyyata zərər verə bilər.