Vaxt.Az

Günahsız həbs üçün rekord təzminat


 

Qətlə görə 10 il həbsdə qalan Braun hər ili üçün milyonlarla dollar aldı

Günahsız həbs üçün rekord təzminat ABŞ-ın Çikaqo ştatında qətlə görə günahsız yerə mühakimə olunan və həbs edilən Marsel Brauna 50 milyon dollar təzminat ödəniləcək.

18 yaşında qətldə təqsirli bilinərək həbsxanaya düşən Braun 2018-ci ildə günahsız olduğu üzə çıxdıqdan sonra təxminən 10 il sonra azadlığa buraxılıb.

34 yaşlı Braun azadlığa çıxdıqdan sonra açdığı məhkəmədə qalib gəlib. Müvafiq olaraq, Brauna 50 milyon dollar təzminat ödəniləcəyi bildirilib.

İş materiallarına görə, vəkili Braunun qətldə ittiham olunduğu məhkəmə prosesində onun konstitusion hüquqlarının pozulduğunu iddia edib.

Braunun nəzarətə götürülərkən vəkil və ya ailəsi ilə danışmasına icazə verilmədiyi, Braunu dindirən səlahiyyətlilərin onu bir gün dindirərək yalan ifadə verməyə məcbur etdiyi də iş materiallarında iddia edilin.

Qərar açıqlandıqdan sonra Dirksen Federal Məhkəməsi qarşısında mətbuata açıqlama verən Braun, “Ailəm və mənim üçün ədalət nəhayət yerini tapdı”, – deyib.

 





11.09.2024    çap et  çap et