Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli “X” hesabında mövzu ilə bağlı açıqlama yayıb. “Xarici işlər nazirimiz Hakan Fidan bu gün (sentyabr 11də) Norveçin xarici işlər naziri Espen Barth Eide ilə telefon danışığı keçirdi. Norveç xarici işlər naziri Eide Norveçin 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verdiklərini bildirdi.
Xarici işlər naziri Fidan sözügedən qərardan məmnun olduğumuzu bildirdi və bu cür məhdudiyyətlərin müttəfiqlik ruhuna uyğun olmadığını bildirdi”.