Vaxt.Az

Son 70 ilin ən ciddi fəlakəti


 

Braziliya quraqlıq və meşə yanğınları ilə mübarizə aparır

Son 70 ilin ən ciddi fəlakəti Braziliyada bu il ciddi quraqlığı yaşanıb, meşə yanğınları qorunan əraziləri məhv edib, havanın keyfiyyəti aşağı düşüb. Ölkənin son 70 ilin ən ciddi fəlakətini yaşadıqlarını bildirən səlahiyyətlilər, Braziliya ərazisinin təxminən 59 faizinin quraqlıqla üzləşdiyini qeyd ediblər. Rəsmilər quraqlıqdan təsirlənən ərazilərin ABŞ-ın yarısı qədər olduğuna diqqət çəkib.

Amazon hövzəsindəki bəzi çaylarda su miqdarının son dövrlərin ən aşağı səviyyələrində olduğunu bildirən rəsmilər, ölkə daxilində meşə yanğınlarının qorunan əraziləri məhv etdiyini və geniş əraziyə yayılan tüstü səbəbiylə havanın keyfiyyətinin ciddi şəkildə azaldığını bildirib.

Milli Təbii Fəlakətlərin Monitorinqi və Erkən Xəbərdarlıq Mərkəzinin zabiti Ana Paula Kanha, “İlk dəfədir ki, quraqlıq ölkənin şimalından cənub-şərqinə qədər uzanır. Bu, ölkə tarixində ən intensiv və geniş yayılmış fəlaəkətdir”, – deyib.

“Çapada dos Veadeiros” Milli Parkının direktoru Nayara Staçeski də builki quraqlıq mövsümünün əvvəlki illərdən xeyli tez başladığını, yağışlı mövsümün intensiv, lakin qısa olduğunu bildirib.

“Küləklər güclüdür, havada rütubət çox aşağıdır və həddindən artıq istidir. Bütün bunlar meşə yanğınlarını daha da pisləşdirir”, – Staçeski bildirib.

 





11.09.2024    çap et  çap et