Vaxt.Az

“Yağı” qurbanları 143-ə çatdı


 

Daşqınlarla bağlı Vyetnamın Çindən tələbi olub

“Yağı” qurbanları 143-ə çatdı Vyetnamın şimalını viran qoyan altına “Yaği” qasırğasının yaratdığı fəlakət və qəzalarda həyatını itirənlərin sayı 143-ə yüksəlib. “Vietnam Plus” saytının xəbərinə görə, qasırğa ilə bağlı Fəlakətin Qarşısının Alınması və Nəzarət İdarəsi tərəfindən açıqlama verilib.

Açıqlamada, “Yaği” səbəbiylə yüzlərlə adamın yaralandığı, itkin düşən 58 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Açıqlamada tayfun nəticəsində həyatını itirənlərin sayının 143-ə yüksəldiyi, zərər çəkən bölgələrə ərzaq yardımının göndəriləcəyi bildirilib.

Vyetnamın Baş naziri Fam Minh Çinh, qasırğadan zərər çəkən Hayfonq şəhərinə gedib və zərərin ödənilməsi üçün təxminən 4 milyon dollarlıq yardım paketini təsdiqləyib.

***

Vyetnam administrasiyası tayfundan zərər çəkmiş bölgələrdə yardım və xilasetmə əməliyyatları aparmaq üçün minlərlə hərbçi göndərib.

“Yaği” qasırğası səbəbindən ölkənin şimalındakı sahil şəhərlərindən 50 mindən çox insan təxliyə edilib.

Sentyabrın 7-də Çinin Haynan əyalətini vuran qasırğa nəticəsində 4 nəfər ölüb, 95 nəfər xəsarət alıb.

***

“Yaği” qasırğasından sonra baş verən daşqınlar səbəbilə Vyetnam Çindən iki ölkə sərhədləri daxilində axan Qırmızı çaydakı bəndlərdəki suyu saxlayaraq sellərdəki axıntının səviyyəsini azaltmağa kömək etməsini istəyib.

Vyetnam Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Çinin Hanoydakı səfirliyinə göndərilən məktubda Qırmızı çayın yuxarı hissəsindəki axının nəzarətə götürülməsi istənilib.

Vyetnam daşqınların idarə olunması ilə bağlı iki ölkə arasında koordinasiyanın təmin edilməsi və Çin sərhədindəki bəndlərdən nə vaxt və nə qədər suyun buraxılacağı ilə bağlı məlumatların paylaşılması tələbini Çin səlahiyyətlilərinə çatdırıb.

Vyetnamın Pekindəki səfirliyinin və Yunnan əyalətindəki baş konsulluğun rəsmiləri də çinli həmkarları ilə təcili görüşlər keçiriblər.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirilən gündəlik mətbuat konfransında çinlilərin “Yuan çayı” adlanan axarda iki bənddə su saxlayaraq Vyetnamın daşqınlarla mübarizəsinə töhfə verdiyini bildirib.

Daşqınlarla mübarizədə Vyetnamla yaxın koordinasiyada olduqlarını vurğulayan Mao, su axınının tənzimlənməsi və suyun yığılması üçün bəndlərin aktiv şəkildə istifadə ediləcəyini qeyd edib.

Digər tərəfdən Vyetnam dövlət mediasında yer alan xəbərdə Qırmızı çayın qolu olan Lo çayı üzərindəki Çin bəndindəki suların sərbəst buraxıldığı iddia edilib. Çin iddianı rədd edərkən, sözügedən xəbər bir müddət sonra silindi.

Başlanğıcını Çinin cənub-qərbindəki Yunnan əyalətinin yüksəkliklərindən alan 1149 kilometr uzunluğundakı Qırmızı çay Vyetnamın şimalından keçərək Tonkin körfəzinə tökülür.

Sentyabrın 7-də ilk olaraq Çinin cənubundakı Haynan adasını vuran “Yağı” qasırğası daha sonra Vyetnamın şimal bölgələrinə çatıb. 5-ci kateqoriyalı “super tayfun” intensivliyi azalıb tropik çökəkliyə çevrilsə də, güclü yağışların yaratdığı daşqın və sürüşmələrin fəsadları davam edir.

 





11.09.2024    çap et  çap et