Merz bəyan edib ki, Almaniya bir sıra böyük problemlərlə üzləşib və bunlardan biri də qeyri-qanuni immiqrasiya məsələsidir, hansı ki, ictimaiyyəti narahat edir.
Almaniyanın açıq və əcnəbilərə dost ölkə olaraq qalması lazım olduğunu bildirən Merz, çoxlu mühacir əsilli insanın Almaniyada illərdir yaşayıb işlədiyinə diqqət çəkib.
“Onlar olmadan Almaniyada xəstəxanalar, qocalar evləri, bir çox digər sosial qurumlar, məktəblər, qastronomiya müəssisələri və çoxsaylı şirkətlər bir gün belə uğurla fəaliyyət göstərə bilməz. Ona görə də bu insanlara ehtiyacımız var”, – Merz deyib.
“Almaniyada immiqrant əsilli insanların xoş qarşılandığını” ifadə edən Merz, “Bu səbəbdən də açıq şəkildə hər cür xarici düşmənçiliyə qarşıyıq”.
Merz, baş verənlərə göz yumulmaması lazım olduğunu, son illərdə ölkəyə gələn və cəmiyyətə və əmək bazarına inteqrasiya oluna bilməyən insanların sayının çox olduğunu və bu insanların çox kiçik bir azlığının, xüsusən də gənclərin ölkədə qüvvədə olan qaydalara əməl etmək istəmədiyini deyib.
Hökumətin qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı siyasətini tənqid edən Merz, burada problemin həlli üçün keçən həftə Baş nazir Olaf Şolza bir sıra tədbirlər təklif etdiyini söyləyib.
Merz, bu tədbirlər arasında bütün qeyri-qanuni mühacirlərin Almaniya sərhədlərindən müvəqqəti geri qaytarılmasının olduğunu və bu insanların Avropa İttifaqı (AB) qaydalarına uyğun olaraq ilk ayaq basdıqları AB ölkəsində sığınacaq prosedurlarını tamamlamalı olduqlarını bildirib.
Merz hökumətin qanunsuz miqrasiya ilə mübarizə barədə təkliflərinin CDU/CSU partiyalarının təkliflərindən çox geridə qaldığını və bu səbəbdən də təmsil etdiyi parlament qrupunun hökumətin təkliflərini təsdiq edə bilməyəcəyini bildirib.