Vaxt.Az

Avropadan Tehrana etiraz


 

Daha bir səfir XİN-ə çağırıldı, İran naziri Araqçı iddiaları təkzib etdi

Avropadan Tehrana etiraz Hollandiya İranın Rusiyaya ballistik raket ixracını kəskin şəkildə pislədiyini bildirib və İranın Haaqadakı səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp, “​​X” hesabında etdiyi paylaşımda, “Hollandiya İranın Rusiyaya ballistik raketlər verməsini pisləyir”, – deyib.

O, ballistik raketlərin Rusiyaya ixracını “Avropanın təhlükəsizliyi üçün ağır nəticələri olacaq ciddi eskalasiya” adlandırıb. Veldkamp bildirib ki, bu səbəbdən İranın Haaqadakı səfirə etirazını bildirib.

“Rusiyanın Ukraynaya qarşı təcavüzünə istənilən dəstək tamamilə əks effekt verəcək”, - Veldkamp bildirib. O, İrana qarşı yeni sanksiyaları dəstəkləyəcəyini qeyd edib.

İranın yeni hökumətinin Avropa ilə daha yaxın əlaqələr qurmaq istədiyini xatırladan Veldkamp öz postunda deyib: “Hollandiya AB-nin yeni və güclü sanksiyalarını qətiyyətlə müdafiə edir”.

***

İranın xarici işlər naziri “X” sosial media hesabından paylaşdığı mesajda İranın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya ballistik raketlər göndərdiyi iddialarına toxunub.

ABŞ və İngiltərə, Fransa və Almaniyanın “E3” olaraq adlandırılan bu mövzuda "səhv kəşfiyyat və məntiqlə hərəkət etdiyini" iddia edən Erakçi, “İran Rusiyaya ballistik raketlər vermədi”, – deyib.

ABŞ və Avropa ölkələrinin ölkəsinə qarşı sanksiyalarının həll yolu deyil, problemin bir parçası olduğunu bildirən nazir, “Sanksiya aludəçiləri “İran necə qabaqcıl silahlar istehsal edib sata bilər?” deyə soruşurlar. Sualını özlərinə verməlidirlər”, – deyib.

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukrayna müharibəsində istifadə üçün Rusiyaya ballistik raketlər göndərdiyi iddiası ilə İrana qarşı yeni sanksiyalar elan ediblər.

***

ABŞ Maliyyə Nazirliyinin dünən verdiyi açıqlamada Tehranın Moskvaya ballistik raketlər göndərməyə davam etdiyi və bu silahların Rusiya tərəfindən Ukraynada istifadə edildiyi iddia edilib.

Bu çərçivədə sözügedən silah transferi ilə bağlı İran və Rusiyada ümumilikdə 10 nəfərin və 6 qurumun sanksiya siyahısına əlavə edildiyi bildirilib.

Fransa, Almaniya və İngiltərə birgə bəyanatlarında İranın Rusiyaya ballistik raketlər ixrac etdiyinin təsdiqləndiyini və üç ölkənin İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün hərəkətə keçəcəyini və İranın milli hava yolu şirkəti “Iran Air”n yeni sanksiyaların siyahısına daxil ediləcək.

 





11.09.2024    çap et  çap et