Kansler Şolz Bundestaqda büdcə iclasındakı çıxışında işçi qüvvəsindəki daralmanın böyük iqtisadi problemlərə səbəb olacağı ilə bağlı xəbərdarlıq edərək, “Məqsədimiz insanların burada işləməsi, alman dilini öyrənməsi, qanunlara tabe olması, öz işini görməsidir. Qoy həm çörəkpulu qazansınlar, həm də söz sahibi olsunlar”, – deyib.
Qeyr-qanuni miqrasiya ilə mübarizə aparılmalı olduğunu bildirən Şolz, "Almaniyaya kimin gələcəyini seçməyi bacarmalıyıq. Bunu burada çox açıq deyirəm, bu həm də qeyri-qanuni miqrasiyanı idarə etdiyimiz, bura qeyri-qanuni yollarla gələnlərin sayını azaltmaq və qala bilməyənləri öz ölkələrinə göndərimək anlamına gəlir”, – deyib.
Şolz ağır cinayətlər törədən və məhkəmələr tərəfindən deportasiya edilənlərin bir qismini Əfqanıstana geri göndərdiklərini xatırladıb və bu cür deportasiyaların davam edəcəyi barədə məlumat paylaşıb.
Avropa Birliyinə (AB) üzv ölkələrdən Almaniyaya gəlib onun rifahından faydalanmaq istəyənlərə diqqət çəkən Şolz, Portuqaliya, Yunanıstan və Finlandiyadan Almaniyaya gəlib onun rifahından faydalanmaq istəyənləri qəbul etməyəcəklərini bildirib.
Sentyabrın 1-də Türingiya və Saksoniyada keçirilən əyalət seçkilərinə toxunan Şolz, bunu ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) birinci partiya olaraq ortaya çıxmasını “üzüntü verici nəticə” kimi qiymətləndirib.
Şolz, AfD-nin yenidən mövqe itirməsi üçün əllərindən gələni edəcəklərini vurğulayaraq, “Türinqiya və Saksoniyadakı seçki nəticələri üzücüdür və biz onlara heç vaxt öyrəşməyəcəyik. AfD ölkəmiz üçün üzqarasıdır. Onlar bizim geri düşməyimizə çalışacaqlar. Bu partiyanın yenidən əhəmiyyətini itirməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik”, – deyib.
Şolz, sona qədər Ukraynanı qeyd-şərtsiz dəstəkləməyə davam edəcəklərini bildirərək, “Rusiya amansızcasına mübarizə aparır. Bu, dəhşətli bir vəziyyətdir, ona görə də bu nöqtədə Ukraynanı sona qədər qeyd-şərtsiz dəstəkləyəcəyimizi söyləməliyik”, – deyib.
İmmiqrasiyanın məhdudlaşdırılması ilə bağlı hazırlanacaq qanun layihəsi məsələsini də gündəmə gətirən kansler, danışıqlar masasından ayrılsalar da, müxalifətdəki Xristian Birlik partiyalarına (CDU/CSU) qapını bağlamadıqlarını və görüşmək üçün hazır olduqlarını da əlavə edib.