Vaxt.Az

8 milyard funtluq sərmayə


 

“Amazon” Böyük Britaniya hökumətinə yaxşı başlanğıc üçün şans verdi

8 milyard funtluq sərmayə Britaniyanın maliyyə naziri Reyçel Rivz “Amazon Web Services”in Böyük Britaniyaya 8 milyard funt sterlinq sərmayə qoyacağını təsdiqləyib. Nazirlikdən verilən açıqlamaya görə, Rivz keçən həftə şirkətlə 5 illik investisiya planı ilə bağlı bir araya gəlib.

İngiltərədə “Amazon Web Services” tərəfindən planlaşdırılan 8 milyard funt sterlinqlik investisiyanın ölkədə 14 min insan üçün məşğulluq yaratması gözlənildiyi halda, 2024-2028-ci illərdə ölkə iqtisadiyyatına 14 milyard funt sterlinq əlavə qazanc təmin edəcəyi təxmin edilir.

Rivz, iqtisadiyyatın üzləşdiyi çətinliklərin ölçüsündən xəbərdar olduğunu bildirərək, İngilis xalqına qarşı dürüst olacağına söz verib: “Çünki dəyişiklik bir anda baş verməyəcək. İlk ikisində iqtisadi artım, bir rübdə 14 illik durğunluğu kompensasiya edə bilməyin mümkün olmadığını bilirik. Bu 8 milyard funt-sterlinqlik sərmayə də iqtisadi canlanmanın başlanğıcı və yeni iş yerləri üçün vasitə olacaq”.

“Amazon Web Services”in vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə idarəedici direktoru Tanuja Randeri bildirib ki, qarşıdakı bir neçə il Böyük Britaniyanın rəqəmsal və iqtisadi gələcəyi üçün çox vacibdir.

 





11.09.2024    çap et  çap et