Sbiqa qonaq nazirlərlə ölkəsində davam edən müharibə ilə bağlı inkişafları qiymətləndirdiklərini ifadə edib.
Görüş zamanı Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək addımların müzakirə edildiyini qeyd edən Sbiqa, “Bu gün həmkarlarımızla söhbətimizin əsas mövzusu dövlətimizin müdafiə qabiliyyətinin gücləndirilməsidir. Hava hücumundan müdafiə, “F-16” döyüş təyyarələri , artilleriya mərmiləri, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər avadanlıqlardan – qələbə üçün lazım olan hər şeydən danışdıq”, – deyib.
Sibiqa, həmçinin Ukrayna ordusu üçün yerli istehsalın artırılmasına sərmayə qoyulmasının və yeni silahlarının alınmasına vacibliyini vurğulayaraq, “Bu, Ukraynaya hərbi yardımı sürətlə artırmaq və müttəfiqlərimizin qaynaqlarını qorumaq üçün bir üsuldur”, – dedi.
***
Blinken Kiyevdəki təmasları çərçivəsində cəbhədəki son hadisələrlə bağlı məlumatı Ukrayna rəsmilərindən aldığını bildirib.
Ukrayna liderləri ilə Qərb ölkələrinin verdiyi uzaqmənzilli silahlardan istifadə üçün Ukraynanın tələb etdiyi icazə məsələsini müzakirə etdiklərini qeyd edən Blinken bu məlumatı ABŞ prezidenti Co Baydenə çatdıracağını bildirib.
Blinken qeyd edib ki, Bayden və İngiltərə baş naziri Keir Starmer Cümə günü (sentyabr 13-də) Vaşinqtonda görüşəcəklər. Görüşdə Ukraynanın uzaqmənzilli silahlardan istifadə tələblərini də müzakirə oluna bilər.
Bundan əlavə, Blinken Ukraynaya 325-i Rusiyanın hücumları nəticəsində zədələnmiş enerji sisteminin təmiri, 290-ı humanitar yardım və 102-si minalardan təmizləmə işləri daxil olmaqla, ümumilikdə 717 milyon dollar yardım edəcəklərini açıqlayıb.
***
İngiltərə Xarici İşlər Naziri Lemmi, hər il Ukraynaya hərbi yardım etməyə davam edəcəklərini ifadə edərək, “Baş nazir Starmerin mübarizənizdə ehtiyac duyduğunuz hər il 3 milyard funt-sterlinq hərbi yardımı təmin etmək əzmindən qürurluyam”, – deyib.
Lemmi, İngiltərənin Ukraynaya hərbi materialların, xüsusilə hava hücumundan müdafiə raketlərinin, “F-16” döyüş təyyarələri üçün lazım olan avadanlıqların, “AS-90 tipli” motorlu artilleriya sistemlərinin, hərbi qayıqların və dəniz silahlarının tədarükünü də sürətləndirdiyini bildirib.
Nazir Lemmi, “Biz həmçinin ilin sonuna qədər Ukraynaya əlavə hava hücumundan müdafiə raketləri, on minlərlə əlavə artilleriya mərmisi və daha çox zirehli personal daşıyıcısı göndərəcəyik”, – deyib.
Lemmi həmçinin xatırladıb ki, Britaniya hökuməti bu gün Ukraynaya 600 milyon funt-sterlinq yardım paketi elan edib.
***
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri Lemmi və ABŞ dövlət katibi Blinkeni qəbul edib.
“Telegram” hesabında yazdığı paylaşımda Zelenski Lemmi və Blinken ilə görüşdüyünü açıqlayıb: “Bütün vacib məsələlər müzakirə edildi. Ukraynanın arqumentlərinin dinlənilməsi vacibdir. Bura həm uzaq mənzilli silahlardan istifadə, həm cəbhədəki hərbi birləşmələrə yardım göstərmək və həm də ədalətli sülhə yaxınlaşmağa kömək edən ümumi strategiya daxildir”, –deyib.
Zelenski ölkəsini dəstəklədiyi üçün ABŞ və İngiltərəyə təşəkkür edib.