Vaxt.Az

Şərab butulkasının sirri


 

Bilirsiniz niyə şərab şüşələri 750 ml-dir?

Şərab butulkasının sirri Şərab butulkaları ümumiyyətlə 750 ml (milli litr) ölçülərdə istehsal olunur. Bu xüsusiyyət haradan gəlir?

Bu butulka həcmi 19-cu əsrdə standart hala gəlib və mövzu ilə bağlı ən əsas izahatlar bunlardır:

– Butulkanı hazırlayanın ağciyər həcmi,

– Yeməkdə orta istehlak miqdarı,

– Şərab saxlamaq üçün ən yaxşı tutum,

– Daşımaq asanlığı...

Ancaq bunların heç biri butulkanın bu həcmdə hazırlanmasının səbəbi deyil.

Əslində, bu, tarixi əsasları olan ticarət yanaşması olub.

O dövrdə fransız şərabçılarının ən mühüm müştəriləri ingilislər idi. Lakin onlar heç vaxt fransızlarla eyni ölçü sistemini qəbul etmədilər.

Britaniyanın həcm vahidi 4,54609 litrə bərabər olan “imperator qallon”u idi.

Aradakı fərqi sadələşdirmək üçün fransızlar “Bordo” şərabını 225 litrlik çəlləklərdə, düz 50 qallonda, 300 ədəd 750 ml butulkada göndərdilər.

Hesablamaq daha asan oldu.

Bir çəllək = 50 gallon = 300 butulka.

Beləliklə, bir qallon 6 şüşəyə uyğun gəlirdi.

Əslində, buna görə də bu gün şərab qutularında adətən 6 və ya 12 şüşə olur.

 





12.09.2024    çap et  çap et