Vaxt.Az

Ərzaq bahalaşıb, benzin əksinə


 

Avqustda ABŞ-da inflyasiya gözləntilər daxilində illik 2,5 faiz təşkil edib

Ərzaq bahalaşıb, benzin əksinə Amerikalı istehlakçıların yaşayış dəyəri gözləntilərə uyğun olaraq avqust ayında bir əvvəlki aya görə yüzdə 0,2 artdı. İyul ayında CPI 0,2 faiz artıb. Bu rəqəmlər ABŞ Əmək Departamenti avqust ayı üçün istehlakçı inflyasiyası məlumatlarda yer alıb.

Məlumatlara görə, ölkənin İstehlak Qiymətləri İndeksi (CPI) gözləntilər daxilində avqust ayında illik bazda 2,5 faiz artıb. 2021-ci ilin fevral ayından bəri ən aşağı illik artımını qeyd edən CPI, iyul ayında illik bazda 2,9 faiz artıb.

Sözügedən dövrdə mənzil qiymətləri aylıq 0,5 faiz bahalaşaraq CPİ-nin artımında əsas faktor olub. Mənzil qiymətləri illik bazda 5,2 faiz bahalaşıb.

Ərzaq qiymətləri avqustda aylıq 0,1 faiz, illik isə 2,1 faiz artıb. Benzinin qiymətləri aylıq 0,6 faiz, illik isə 10,1 faiz ucuzlaşıb.

Dəyişən enerji və ərzaq qiymətlərini əhatə etməyən əsas CPI də avqust ayında aylıq 0,3 faiz, illik isə 3,2 faiz artıb.

İllik bazda gözləntilər daxilində olan baza inflyasiyanın aylıq 0,2 faiz olacağı proqnozlaşdırılırdı.

İyulda baza inflyasiyası aylıq 3,2, illik isə 0,2 faiz təşkil edib.

 





12.09.2024    çap et  çap et