Vaxt.Az

Bill Qeytsdən iki fəlakət xəbərdarlığı


 

Müharibə və pandemiyanın böyük təhlükəsi ...

Bill Qeytsdən iki fəlakət xəbərdarlığı Amerikalı milyarder Bill Qeyts dünyaya iki mümkün fəlakət barədə xəbərdarlıq edib. “Microsoft”un qurucusu amerikalı milyarder Bill Qeyts “CNBC Make It”ə verdiyi son açıqlamada ən çox qorxduğu iki ehtimaldan danışıb.

***

“İndiki dünyada həddən artıq iğtişaşlar “böyük müharibəyə” səbəb ola bilər! Əgər biz böyük müharibədən qaçsaq, yəqin ki, növbəti 25 ildə daha bir pandemiya olacaq”, – Qeyts deyib.

***

ABŞ-ı siyasətini də tənqid edən milyarder, “Dünyanın liderlik etməsini və model olmasını gözlədiyimiz ölkə bu gözləntilərin gerisində qaldı”, – deyib.

Qeyts 2022-ci ildə “növbəti pandemiyanın qarşısını necə ala bilərik" adlı kitab yazdı və hökumətlərə 2020-ci ildə kifayət qədər hazırlıqlı olmadıqları barədə xəbərdarlıq etdi.

 





12.09.2024    çap et  çap et