Vaxt.Az

Məscidin qarşısında hücum


 

Tacikistanın din xadimi bıçaqlanıb

Məscidin qarşısında hücum Tacikistan Daxili İşlər Nazirliyi ölkənin baş müftisi Seyid Mükərrəm Əbdülqadirzadənin dünən (sentyabrın 11-də) paytaxt Düşənbədə baş məscidin qarşısındakı hücumda yaralandığını açıqlayıb.

“Reuters”in verdiyi məlumata görə, nazirlik məsciddə namaz qılandan sonra “xuliqanlıq motivi” olan bir şəxsin Əbdülkadirzadəni bıçaqladığını bildirib.

Nazirlik müftinin yüngül xəsarət aldığını və tibbi müayinədən keçdikdən sonra xəstəxanadan buraxıldığını açıqlayıb. Bildirilib ki, polis hücum edən şəxsi həbs edib və hadisə ilə bağlı cinayət işi açıb.

61 yaşlı Əbdülqadirzadə 2010-cu ildən ölkənin ali islam qurumu olan İslam Mərkəzi Üləma Şurasına rəhbərlik edir. Taciklərin əksəriyyəti Hənəfi məzhəbinə mənsub sünnilərdir.

 





12.09.2024    çap et  çap et